Qanunsuz fəaliyyət göstərən süd məhsulları istehsalı müəssisəsi aşkarlanıb

Qanunsuz fəaliyyət göstərən süd məhsulları istehsalı müəssisəsi aşkarlanıb
  • Clock-gray 15:46
  • calendar-gray 27 Yanvar 2021

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Qax  rayonu, Qarabaldır kəndində yerləşən hüquqi şəxs “Floral Glade” MMC-yə məxsus süd məhsulları istehsalı müəssisəsinə baxış keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, ilkin baxış zamanı müəssisəsinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin, eləcə də sanitariya-gigiyena norma və qaydalarının kobud şəkildə pozulması faktları aşkar olunub. Müəssisədə istehsal olunan süd məhsullarının üzərində qanunvericiliyə uyğun zəruri məlumatların (istehsal tarixi, saxlama müddəti və s.) qeyd olunmadığı müəyyən olunub. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Eyni zamanda müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. 

Araşdırmalar davam edir.

Günay Elşadqızı

Digər xəbərlər