Qubada həyatı təhlükədə olan qadın və körpəsi xilas edilib

Qubada həyatı təhlükədə olan qadın və körpəsi xilas edilib
# 01 aprel 2020 15:14 (UTC +04:00)

Qubada həyatı təhlükədə olan hamilə qadın və körpəsi xilas edilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayon sakini Reyhan Tağıyeva ağır vəziyyətdə Quba Regional Perinatal Mərkəzə daxil olub.

Mərkəzdən verilən məlumata görə, qadına 26 həftəlik hamiləlik, ağır preeklampsiya diaqnozu qoyulub və təcili əməliyyat olunaraq hamiləlik sonlandırılıb.

Xaric edilmiş ekstremal az çəkili uşağın vəziyyəti dərin yetişməməzliklə əlaqədar ağır giymətləndirilib, yardım göstərilib, ağ ciyərlərinə 2 dəfə dövlət təminatlı «Curosurf « preparatı yeridilib. Uşaq 23 gün ərzində tənəffüs dəstəyi aparatına bağlı qalıb. Ana kafi vəziyyətdə evə yazılıb, uşağın çəkisi isə 1200 qrama çatıb, sərbəst tənəffüs edir və laborator göstəriciləri norma daxilindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR