Ramin Bayramlı: "Açılan modul tipli xəstəxanalardan yalnız 5-dən istifadə etmişik"

Ramin Bayramlı: "Açılan modul tipli xəstəxanalardan yalnız 5-dən istifadə etmişik"
# 05 avqust 2020 15:31 (UTC +04:00)

“İyun-iyul aylarında koronavirusa yoluxmada təkrar artım müşahidə olundu, xüsusən Bakı şəhərində”.

APA-nın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətini sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, əlavə olaraq bura yeni xəstəxanalar cəlb edilib.

“Bu tibb müəssisələrinin sayını təxminən 46-ya çatdırdıq. Burada hər biri 200 çarpayılıq olmaqla, 10 modul tipli xəstəxana var. Eyni zamanda, FHN-in 800 çarpayılıq modul tipli xəstəxanası fəaliyyət göstərir. Bu xəstəxananın əlavə 1 200 yatağa çatdırılması gözlənilir. Açılan modul tipli xəstəxanalardan yalnız 5-ni istifadə etmişik”, - deyə R. Bayramlı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR