Regionlarda yuxarı sinif şagirdləri üçün fevralın 8-də ənənəvi dərslər bərpa olunacaq

Regionlarda yuxarı sinif şagirdləri üçün fevralın 8-də ənənəvi dərslər bərpa olunacaq
  • Clock-gray 10:36
  • calendar-gray 04 Fevral 2021

Regionlarda yuxarı sinif şagirdləri üçün ənənəvi dərslərin bərpa olunacağı tarix açıqlanıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla; Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla; Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.

 

Günay Elşadqızı

Digər xəbərlər