ƏƏSMN əməkdaşları Ermənistanın Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşüb

ƏƏSMN əməkdaşları Ermənistanın Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşüb
# 15 oktyabr 2020 15:54 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları işğalçı Ermənistan tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşüblər.

Nazirlikdən APA-ya verilən məlumata görə, faciədən dərin sarsıntı keçirən 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseynin sosial-psixoloji vəziyyətlərinin qiymətləndirilməsi aparılıb. Onların zəruri sosial-psixoloji xidmətlə təmin olunmaları üçün mütəxəssis ayrılacaq.

Hər iki valideynini və nənəsini itirən 2 yaşlı Nilayın hazırda himayəsində yaşadığı ailənin də sosial ehtiyaclarına uyğun işlərin aparılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR