Paşha Bank
Bank Of Baku

Bir Xalqın, bir Ordunun, bir Liderin Zəfəri! - VİDEO

Bir Xalqın, bir Ordunun, bir Liderin Zəfəri! - VİDEO
# 08 noyabr 2026 00:33 (UTC +04:00)

Bu gün bizim Zəfər bayramımızdır!

Xalqımızın, Ordumuzun və Ali Baş Komandanımızın təkcə Azərbaycan tarixinə deyil, bütövlükdə dünya və Türk tarixinə bəxş etdiyi böyük Zəfərin ildönümüdür!

Biz dünyanın hərb tarixinə müasir texnologiyaların tətbiqi ilə yeni müharibə strategiyası gətirdik!

Biz insanlıq tarixinə müharibəni əxlaqla, insanlıqla, bütün dəyərləri qoruyaraq aparmağın nümunəsini yazdıq!

Biz Türk dünyasının ən böyük, ən şanlı, ən möhtəşəm Zəfərlərindən birinə imza atdıq!

Biz Qafqaza sülh gətirdik!

Bunu Ali Baş Komandanımız, Xalqımız və Ordumuz birlikdə bacardı!

Bu Zəfərdə canından keçən şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik!

Zəfərin mübarək, Azərbaycan!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR