SN: Uşaqlara peyvənd vurulması ilə bağlı poliklinikalara müraciət azalıb

SN: Uşaqlara peyvənd vurulması ilə bağlı poliklinikalara müraciət azalıb
# 11 fevral 2021 15:31 (UTC +04:00)

“Son vaxtlar pandemiya ilə əlaqədar uşaqlara vurulan peyvəndlərlə bağlı poliklinikalara müraciət azalıb”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19" mövzusunda canlı yayımda çıxışında deyib.

O bildirib ki, əsas diqqət COVID-ə yönəldiyinə görə uşaqların bir sıra planlı peyvəndləri gecikə bilər: "Amma bu peyvəndlər mütləq olunmalıdır. Peyvənd olmadıqda qızılca, məxmərək kimi xəstəliklər alovlana bilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR