Sabah Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsi müzakirəyə çıxarılacaq

Sabah Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsi müzakirəyə çıxarılacaq
  • Clock-gray 11:09
  • calendar-gray 16 Sentyabr 2020

Sabah Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsi müzakirəyə çıxarılacaq.

APA-nın məlumatına görə, Əsasnamə İntizam komissiyası və parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə olunacaq.

İntizam komissiyasının sədri APA-ya açıqlamasında bildirib ki, Əsasnamə layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsində hazırlandığı üçün İntizam komissiyası ilə bu komitənin birgə iclası keçirilərək müzakirə aparılacaq. Müzakirədən sonra Əsasnamə layihəsi ilə bağlı müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, komissiyanın səlahiyyətləri Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsində öz əksini tapıb. İntizam komissiyası öz səlahiyyətlərini intizam tədbirlərinin tətbiqi ilə parlamentdaxili məsuliyyətə cəlb etməklə həyata keçirir. İntizam komissiyasının fəaliyyətini tənzimləyəcək yeni Əsasnamədə komissiyanın səlahiyyətləri, deputatın hüquq və vəzifələri, müraciətlərə baxılması qaydası və digər məsələlər öz əksini tapacaq.

Ramiz Mikayıloğlu

Digər xəbərlər