Bank Of Baku

Sabah virtual "Son zəng" keçiriləcək

Sabah virtual "Son zəng" keçiriləcək
# 11 iyun 2020 16:27 (UTC +04:00)

Sabah orta məktəbləri bitirən XI sinif şagirdləri üçün virtual “Son zəng” keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə Təhsil nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. 

Virtual "Son zəng"də bütün bölgələrdəki məzunlarla himn oxunulacaq. Eyni zamanda son 3 ayda “Dərs vaxtı”nda iştirak edən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər. Virtual “Son zəng” 12 iyun saat 12:25-də İctimai televiziyada, 12:30-da “Mədəniyyət”, “ARB24”, “Real TV”, eləcə də Təhsil Nazirliyinin Facebook səhifəsində yayımlanacaq. 

Qeyd edək ki, 2019/2020-ci tədris ilində  XI sinfi bitirən şagirdlərin sayı 80646, IX sinfi bitirənlərin isə 119852 nəfərdir. 

Xatırladaq ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi davam etdiyindən ( 15 iyunadək ) bütün kütləvi tədbirlər kimi “Son zəng” tədbirinin də keçirilməsi nəzərdə tutulmur. Onlayn qaydada müxtəlif tədbirlər keçirilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR