Sahil Babayev: "İşsizlikdən sığorta ödənişinin müəyyən edilməsi kriteriyalarının sadələşdirilməsi üçün iş aparılır"

Sahil Babayev: "İşsizlikdən sığorta ödənişinin müəyyən edilməsi kriteriyalarının sadələşdirilməsi üçün iş aparılır"
# 07 avqust 2020 13:00 (UTC +04:00)

"Hazırda vətəndaşlar müəssisə ləğv edildikdə, ixtisar olduqda işsizlikdən sığorta ödənişi alırlar. Amma il ərzində çox az vətəndaş iş yerini müəssisənin ləğvi, ixtisar və öz ərizəsi olmadan itirir".

APA-nın məlumatına görə, bunu məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, buna görə işsizlik sığortası ödənişindən istifadə edə bilmirlər: "Bu gün işsizlikdən sığorta ödənişinin müəyyən edilməsi kriteriyaları çox sərtdir. Buna görə də hazırda onun sadələşdirilməsi üçün iş aparılır".

S.Babayev bildirib ki, vətəndaşa əmək müqaviləsinin müddətinin bitdiyi və növbəti 3 ayda iş tapa bilmədiyi halda da işsizlikdən sığorta ödənişlərinin verilməsi təklif edilir: "Hazırda bu məsələ Milli Məclisdə müzakirə olunur. Layihə iki oxunuşdan keçib, artiq 3-cü oxunuşdadır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR