Səbail Rayon İcra Hakimiyyətinin Vətən müharibəsində iştirak edən əməkdaşı Orxan Aydınov ilə görüş keçirilib

Səbail Rayon İcra Hakimiyyətinin Vətən müharibəsində iştirak edən əməkdaşı Orxan Aydınov ilə görüş keçirilib
# 06 yanvar 2021 13:54 (UTC +04:00)

Yanvarın 6-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov sentyabrın 29-dan ölkəmizin ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə könüllü yollanan və döyüşlərdə iştirak edən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aydınov Orxan Xəqani oğlu ilə görüş keçirib.

APA-nın xəbərinə görə, görüşdə RİHB-nın müavinləri və RİHBA-nın əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Böyük Qələbə münasibəti ilə qalib əsgərimizi təbrik edərək bu qələbədə Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd edib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hərbçilərimizə, şəhidlərimizə və onların ailə üzvlərinə göstərilən diqqət və qayğıdan söz açan RİH başçısı həmin qayğının hər kəs üçün örnək və nümunə olduğunu vurğulayıb: “Azərbaycan dövləti, Azərbaycan xalqı vətən üçün canlarından keçənləri, sağlamlıqlarını itirənləri heç vaxt unutmayacaq. Onlar və ailələri daim dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər”.

Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə Orxan Aydınov Azərbaycan ordusunu şanlı qələbəyə aparan zəfər yolundan, döyüşdə qəhrəman əsgərlərimizin necə şücaətlə vuruşduqlarından, torpaqlarımız azad olunduqca yaşadıqları hisslərdən söz açıb.

Sonda tədbir iştirakçıları ilə Ulu Öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR