Sentyabrın 10-da keçirilən buraxılış imtahanlarında iştirak etməyənlərin sayı məlum olub

Sentyabrın 10-da keçirilən buraxılış imtahanlarında iştirak etməyənlərin sayı məlum olub
  • Clock-gray 22:34
  • calendar-gray 11 Sentyabr 2020

Sentyabrın 10-da keçirilən 9-cu sinif buraxılış imtahanlarında 18 307 nəfərin iştirakı nəzərdə tutulurdu.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, onlardan 1602 nəfər imtahana gəlməyib. 5 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Azərbaycan dili imtahanlarında isə 769 nəfərin iştirakı nəzərdə tutulurdu, 276 nəfər imtahana gəlməyib.

Günay Elşadqızı

Digər xəbərlər