Şəhid ailəsi üzvləri, qazilər və digər qruplardan olanlarla bağlı sosial-psixoloji dəstək işləri davam edir

Şəhid ailəsi üzvləri, qazilər və digər qruplardan olanlarla bağlı sosial-psixoloji dəstək işləri davam edir
  • Clock-gray 10:43
  • calendar-gray 30 Dekabr 2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı sosial dəstək tədbirləri davam edir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, bu tədbirlər çərçivəsində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin psixoloq və psixiatrlarından ibarət qrupları postmüharibə dövründə həmin kateqoriyalara aid 2247 ailə ilə görüşüb. Ailə üzvlərindən ehtiyacı olanlara psixoloji dəstək işləri aparılıb, ödənişsiz dərman preparatları verilib.  

Həmçinin Agentliyin “Onlayn psixoloji dəstək xidməti” (050 406 75 85) tərəfindən 409 zəng üzrə vətəndaşlara dəstək göstərilib. 

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şirvan, Yevlax və Naftalan Reabilitasiya Müəssisələrində 150 nəfərə sosial-psixoloji xidmətlər göstərilib. Agentliyin mütəxəssisləri həmçinin Bakı Sağlamlıq Mərkəzində müalicə alan 50-dək hərbçi ilə görüşülüb, ehtiyacı olan 17 nəfəri sosial-psixoloji xidmətlərlə təmin edib, Sərhəd Qoşunları Hospitalından 11 hərbçini sosial-psixoloji reabilitasiyaya cəlb ediblər. Uşaq Reabilitasiya Müəssisələrində şəhid və yaralı hərbçilərin 12 uşağına sosial-psixoloji xidmət göstərilir. 

 

Günay Elşadqızı

Digər xəbərlər