Səhiyyə Nazirliyinə yeni baş infeksionist təyin olunub

Səhiyyə Nazirliyinə yeni baş infeksionist təyin olunub
# 07 oktyabr 2020 16:06 (UTC +04:00)

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev vəzifəsindən azad olunub.

Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, C.İsayev öz ərizəsi əsasında vəzifədən azad edilib. Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Təyyar Eyvazov Səhiyyə Nazirliyinin yeni baş infeksionisti təyin olunub.

Qeyd edək ki, o, Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR