Siyəzəndə şəhid anası dəfndən əvvəl qurban kəsib - FOTO - VİDEO - YENİLƏNİB

Siyəzəndə şəhid anası dəfndən əvvəl qurban kəsib - FOTO - VİDEO - YENİLƏNİB
# 31 yanvar 2021 17:49 (UTC +04:00)

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Tural İsayevin anası oğlunun cəsədi tapıldığı üçün qurban kəsib. Şəhid Siyəzəndə dəfn edilib.

Yazıya fotolar əlavə edilib.

Saat 15:55

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Tural İsayev Siyəzəndə dəfn edilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən ( MAXE), 1992-ci il təvəllüdlü İsayev Tural Saləddin oğlunun nəşi Siyəzən rayonuna aparılıb. Şəhid rayonun Gilgilçay qəsəbəsində torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, T. İsayev Vətən müharibəsində itkin düşən hərbçilərdən biri idi.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR