Şəki sakinləri Biləsuvarda 2 kq-a yaxın heroinlə tutulub

Şəki sakinləri Biləsuvarda 2 kq-a yaxın heroinlə tutulub
# 19 avqust 2020 13:31 (UTC +04:00)

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində “Mercedes” markalı avtomobil şəhər ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, sürücü, Şəki rayon sakini R.Yəhyayev, sərnişinləri olan qardaşı Q.Yəhyayev və həmyerlisi G.Həsənova polis əməkdaşları tərəfindən RPŞ-yə gətiriliblər.

Şəxsi axtarış zamanı G.Həsənovadan 1 kiloqram 848 qrama yaxın heroin və 67 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR