Şöbə rəisi: “Badamdar sürüşmə ərazisində birinci mərhələ üzrə işlər başa çatdırılıb”

Şöbə rəisi: “Badamdar sürüşmə ərazisində birinci mərhələ üzrə işlər başa çatdırılıb”
# 01 aprel 2021 11:56 (UTC +04:00)

“Badamdar sürüşmə ərazisində birinci mərhələ üzrə işlər keçən ilin oktyabr ayından başlayıb. Eni 3.5 metr, dərinliyi 30.0 metr olan 3 ədəd quyu tam qazılıb və başa çatdırılıb”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin "Azərinşaat" layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev bildirib.

Onun sözlərinə görə, quyuların bütün konstruksiya və avadanlıqları Yaponiyadan gətirilib: "Bütün quyuların aşağı hissəsində 2 səviyyədən ibarət olmaqla uzunluğu 50 metr və diametri 40 mm olan ümumilikdə 63 ədəd üfüqi drenaj borusu quraşdırılmalıdır. Sonda bu quyular dib səviyyəsində bir-biri ilə birləşməli və yığılmış sular ən aşağı quyu olan 1-ci quyunun dib səviyyəsindən sahədən öz axımı ilə kənarlaşdırılır. Hazırda 1-ci və 2-ci quyularda uzunluğu 50.0 metr olan drenaj boruları və yığılmış suyu sahədən kənarlaşdırmaq üçün diametri 100 mm olan 132 metr uzunluqda yeraltı boru inşa edilib".

O bildirib ki, ikinci mərhələ üzrə yamacın üst hissəsində birinci terras ankerlərlə birlikdə inşa edilərək başa çatdırılıb: "Növbəti terraslarda drenaj quyularındakı işlər tam başa çatdırıldıqdan sonra proses davam etdiriləcək. Üçüncü mərhələdəki işlərə yalnız 1-ci və 2-ci mərhələdəki işlər qurtardıqdan sonra başlanılması nəzərdə tutulub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR