Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib

Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
# 22 yanvar 2021 16:24 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən son bir ayda Vətən müharibəsində yaralanmış qazilərimizin ehtiyacı olanlarına 600-dən çox reabilitasiya vasitəsi verilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, həmçinin 7 qazi təkərli oturacaqla təmin olunub. Reabilitasiya vasitələri onlara yaşadıqları və ya müalicə olunduqları ünvanlara aparılıb təqdim edilir.

Yaralanmış qazilərin yüksək texnologiyalı müasir protezlə təminatı da davam edir. Son bir aya yaxın dövrdə 7 hərbçi yüksək texnologiyalı 9 müasir protezlə təmin edilib, daha bir neçə hərbçinin də yaxın günlərdə müasir protezlə təmin olunması üçün hazırlıq işi aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR