Son iki ayda məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 70 mln. manat artıb

Son iki ayda məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 70 mln. manat artıb
# 04 mart 2021 14:26 (UTC +04:00)

2021-ci ilin yanvar-fevral aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 70 mln. manat və ya 14,8% artıb.

Bunu APA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, ötən ilin analoji dövrü ilə müqayisədə büdcə təşkilatlarında 12,3%, qeyri-büdcə təşkilatlarında isə 9,1% artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR