Spiker: "Azərbaycanda gender siyasəti yüksək səviyyədədir"

Spiker: "Azərbaycanda gender siyasəti yüksək səviyyədədir"
# 30 dekabr 2020 12:44 (UTC +04:00)

“Gender bərabərliyində qadınlara verilən üstünlük tanrı tərəfindən verilib. Qadınların xüsusi haray salmasına ehtiyac yoxdur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail İbrahimli deyib.

Deputat bildirib ki, bir qızı 5 oğlan istəyir: “Seçimi edən qız tərəfidir. Gender bərabərliyini süni surətdə yaratmaq olmaz. Məsələn, seçkili orqanlarda gender bərabərliyi təbii seçim və proses olmalıdır. Elm sahəsində də süni şəraitdə gender bərabərliyinə dəyişiklik etmək olmaz. Gender bərabərliyinə təsir edə biləcək məsələlər sərəncamla, qərarlarla olur. Bu da ölkəmizdə var. Gender bərabərliyi ilə gender siyasətini qarışıq salmaq olmaz. Siyasətdə qırmızı xəttimiz hüququ pozulmuş qız uşaqlarının, qadınların hüquqlarını bərpa etmək olmalıdır”.

Spiker Sahibə Qafarova bildirib ki, gender bərabərliyi və gender siyasəti ayrı-ayrı terminlərdir: “Azərbaycanda gender siyasəti yüksək səviyyədədir. Ümumi gender və gender siyasəti ilə bağlı hamımızın öz baxışları var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR