Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə ev heyvanlarının gəzdirilməsi üçün icazənin alınma qaydası açıqlanıb

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə ev heyvanlarının gəzdirilməsi üçün icazənin alınma qaydası açıqlanıb
# 12 dekabr 2020 16:33 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) ev heyvanlarını gəzdirməklə bağlı məsələyə aydınlıq gətirib.

Nazirlikdən APA-ya verilən məlumatda bildirilir ki, ərzaq və dərman almaq, bank və poçt xidmətlərindən istifadə etmək üçün, habelə açıq havada vaxtın keçirilməsi ilə əlaqədar SMS vasitəsi ilə evdən çıxmaq icazəsi almış şəxslər 3 saat müddətində həm də ev heyvanlarını gəzdirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR