Sumqayıtın mərkəzi küçələrindən birinə Polad Həşimovun adı verilib - FOTO

Sumqayıtın mərkəzi küçələrindən birinə Polad Həşimovun adı verilib - FOTO
  • Clock-gray 17:33
  • calendar-gray 13 Fevral 2021

Sumqayıtın mərkəzi küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun adı verilib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, bununla bağlı icra başçısı Zakir Fərəcov müvafiq Sərəncam imzalayıb. 

Artıq sözügedən küçəyə ünvan lövhələri də vurulub.

Xatırladaq ki, həmin küçənin əvvəlki adı Məşədi Əzizbəyov olub.

P.Həşimov Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə bitirən P. Həşimov taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksəlib.

P.Həşimov 14 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Ramil Zeynallı

Digər xəbərlər