TƏBİB: Açılma, yaxud qapanma kimi qərarlar çarpayıların doluluq faizi əsasında qəbul edilmir

TƏBİB: Açılma, yaxud qapanma kimi qərarlar çarpayıların doluluq faizi əsasında qəbul edilmir
# 15 avqust 2020 11:58 (UTC +04:00)

“Qərar verdiyimiz zaman biz sadəcə çarpayı fondunun boşluğunu nəzərə ala bilmirik”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, xəstəliyin ağırlıq dərəcəsi də burada önəmli rol oynayır: “Ağır xəstələr bir çarpayını uzun müddət tuta bilər. Reanimasiya çarpayıların doluluğu, süni tənəffüs aparatına qoşulmuş xəstələrin sayı da qərar qəbul ediləndə nəzərə alınır. Çarpayıların doluluq faizi ilə açılma, qapanma və s. kimi qərarlar qəbul edilmir. Bizim əlimizdə olan fiziki imkanlar nəzərə alınır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR