TƏBİB: Hazırda koronavirusa qarşı bütün mərhələləri bitirmiş və ÜST tərəfindən təsdiq olunmuş peyvənd yoxdur

TƏBİB: Hazırda koronavirusa qarşı bütün mərhələləri bitirmiş və ÜST tərəfindən təsdiq olunmuş peyvənd yoxdur
# 19 noyabr 2020 14:44 (UTC +04:00)

“Hələ dünyada koronavirusa qarşı tam hazır peyvənd yoxdur”.

APA-nın məlumatına görə, bunu Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Y. Qarayeva bildirib ki, bir neçə peyvənd hazırda 3-cü sınaq mərhələsindədir: “Hazırda tam şəkildə bütün mərhələləri bitirmiş və ÜST tərəfindən təsdiq olunmuş peyvənd yoxdur. Ancaq 2-3 peyvənd namizəd var ki, onların nəticələri müsbət kimi qiymətləndirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR