TƏBİB: Peyvəndlər milyonlarla insanın həyatını xilas edib

TƏBİB: Peyvəndlər milyonlarla insanın həyatını xilas edib
# 15 dekabr 2020 15:11 (UTC +04:00)

“Müasir dövrdə infeksion xəstəliklərin yayılmasının qarşısının alınmasının ən effektiv yolu vaksinasiyadır”.

APA-nın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, peyvəndlər milyonlarla insanın həyatını xilas edib: “Tarix boyu ağır xəstəliklərdən milyonlarla insanların tələf olmasına səbəb olan xəstəliklərdən vaksinlər icad olunandan sonra qurtula bilmişik. Vaksinlər sayəsində onlarla xəstəlik məhv edilib. taun və s. xəstəliklər bu qəbildəndir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR