TƏBİB-in şöbə müdiri: “Koronavirusa yoluxanların yenidən bu virusa yoluxması barədə dəqiq söz demək mümkün deyil"

TƏBİB-in şöbə müdiri: “Koronavirusa yoluxanların yenidən bu virusa yoluxması barədə dəqiq söz demək mümkün deyil"
# 20 iyun 2020 11:51 (UTC +04:00)

"Koronavirusa yoluxanların yenidən bu virusa yoluxması ilə bağlı dəqiq bir söz söyləmək mümkün deyil”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, Azərbaycanda hazırda bu xəstəliyi keçirmiş insanlarda seroloji testlər aparılır: “Bu, xəstəliyi keçirmiş insanlarda immunitetin yaranıb-yaranmamasını üzə çıxarmaq üçündür. Ancaq pnevmoniya ağır haldır. Ona görə də bunu keçirmiş insanlar özlərini qorumalıdır. Koronavirusa ikinci dəfə yoluxma ilə bağlı dünya təcrübəsində az hal var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR