TƏBİB vətəndaşları evdən çıxmamağa çağırıb

TƏBİB vətəndaşları evdən çıxmamağa çağırıb
# 09 dekabr 2020 09:55 (UTC +04:00)

TƏBİB vətəndaşları evdən çıxmamağa çağırıb.

APA xəbər verir ki, bu barədə qurumun sosial şəbəkədəki paylaşımında bildirilib.

“Əziz vətəndaşlar, dəyərli səhifə izləyiciləri!

Bu günlərdə virusla mübarizədə cəmiyyət olaraq ən böyük fədakarlıq sınağından birlikdə keçməyə çalışırıq. Hər gün doğmalarımızın, əzizlərimizin də içində olduğu minlərlə insanın virusa yoluxması bu bəlanı nəfəs qədər yaxınımzda hiss etməyimizə səbəb olur.

Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır. Hər kəs öz evinin qoruyucu qəhrəmanı olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər.

Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir.

Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir maneə yoxdur.

#BizBirlikdəGüclüyük”, - paylaşımda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR