TN: Növbəti bir ay ərzində də qiymətləndirmədə iştirak etməyən şagirdin birinci yarımil üçün qiyməti “0” yazılacaq

TN: Növbəti bir ay ərzində də qiymətləndirmədə iştirak etməyən şagirdin birinci yarımil üçün qiyməti “0” yazılacaq
  • Clock-gray 16:42
  • calendar-gray 21 Yanvar 2021

Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova şagirdlərin əyani qiymətləndirmədə iştirak edib-edə bilməyəcəyi məsələsinə münasibət bildirib. 

APA-nın məlumatına görə, bunu Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə məlumat verən Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib, 27 yanvara qədər keçirilən qiymətləndirmədə bu, mümkün olmayacaq: “Qiymətləndirmədə iştirak edə bilməyən şagirdin adının qarşısına “q” hərfi yazılacaq, yəni qaib qoyulacaq. Növbəti bir ay ərzində şagird əyani şəkildə qiymətləndirmədə iştirak edə bilər. Həmin müddətdə qiymətləndirmədə iştirak etməyən şagirdin birinci yarımil üçün qiyməti “0” yazılacaq”. 

 

Günay Elşadqızı

Digər xəbərlər