Təbiətə 50 min manatadək ziyan vuran şəxslə bağlı sənədlər prokurorluğa göndərilib

Təbiətə 50 min manatadək ziyan vuran şəxslə bağlı sənədlər prokurorluğa göndərilib
# 08 aprel 2020 14:17 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xaçmaz rayonu Ləcət kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı fakt təsdiqini tapıb və sözügedən ərazidə qovaq ağaclarının müvafiq icazə sənədi olmadan özünə məxsus pay torpağında Xaçmaz rayon sakini Bəxtiyar Novruzbəyov tərəfindən kəsildiyi və təbiətə 49640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR