Texasda ermənilərin Bərdə və Gəncə şəhərlərində törətdiyi terror aktlarına etiraz edilib

Texasda ermənilərin Bərdə və Gəncə şəhərlərində törətdiyi terror aktlarına etiraz edilib
  • Clock-gray 10:48
  • calendar-gray 29 Oktyabr 2020

ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan soydaşlarımız işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Hyuston şəhər meriyasının binası qarşısında icazəli aksiya keçirib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, ABŞ-Azərbaycan Qarabağ Atları Xilası Birliyi (USACRA), Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Amerika-Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan aksiya Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan bayrağı ilə yanaşı, dost ölkələrin bayraqlarının da dalğalandırıldığı aksiyada Bərdə və Gəncə şəhərlərində ermənilərin törətdiyi vandalizm aktları kəskin pislənilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İşğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda yaşayan dinc sakinləri hədəfə almasının insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti və soyqırım olduğunu xatırladan aksiya iştirakçıları, dünya ictimaiyyətini Ermənistanın hərbi təxribatlarına biganə qalmamağa səsləyiblər. Aksiyada "Qarabağ Azərbaycandır!", “Erməni işğalına son qoyun!”, “Erməni terrorçuluğuna son soyun!”, “Uşaq ölümünə son qoyun!”, "Gəncə üçün dua et!", “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Bərdə üçün dua et!” və s. kimi şuarların əks olunduğu plakatlar qaldıran həmvətənlərimiz Azərbaycanın haqlı mübarizəsinə hər cür dəstək verməyə hazır olduqlarını bildiriblər.

Əsmər Qabil

Digər xəbərlər