Təhsil Nazirliyi: Qiymətləndirmədən bütün şagirdlər keçməlidir

Təhsil Nazirliyi: Qiymətləndirmədən bütün şagirdlər keçməlidir
# 21 yanvar 2021 16:31 (UTC +04:00)

“Qiymətləndirmədən bütün şagirdlər keçməlidir”.

APA-nın məlumatına görə, bunu “Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları” barədə məlumat verən Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib. Onun sözlərinə görə, şagirdlərdə akademik dürüstlüyə diqqət ayırmadıqca onlarla köçürmə olacaq: “Məktəbin bir missiyası da 5 yaşından akademik dürüstlüyün nə olduğunu onlara addım-addım öyrətməkdir. Başa salaq ki, qiymətləndirmə onların öz səviyyəsini ölçmək üçündür”.

V. Yaqubova deyib ki, distant qiymətləndirmə zamanı ən optimal qiymətləndirmə üsullardan biri şifahi sorğudur: "Bəzi şəxslər yazır ki, bunun obyektivliyini müəyyən etmək mümkün olmayacaq. Amma bunun da bir yolu var, qiymətdən narazılıq olarsa, biliyin yenidən qiymətləndirmə məsələsi qüvvədədir, appelyasiyaya müraciət edib növbəti ay əyani qiymətləndirmədə iştirak etmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR