Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzində işçi sayı məhdudlaşdırılıb

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzində işçi sayı məhdudlaşdırılıb
# 11 noyabr 2020 11:02 (UTC +04:00)

Ölkəmizdə mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzində (“Qaynar xətt” xidməti, telefon: 146-1, 146-2, 146-3, 146-4) işçi sayı məhdudlaşdırılıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, vətəndaşlardan "Qaynar xətt"lə əlaqə yaradarkən işçi sayının az olduğunu nəzərə almaları xahiş olunub.

Qeyd edək ki, nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına da müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlanmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR