Təhsil naziri: "Döyüşlərə qatılan müəllimlərimiz kimi arxa cəbhədə könüllü dərs deyən pedaqoqlarımız da olub"

Təhsil naziri: "Döyüşlərə qatılan müəllimlərimiz kimi arxa cəbhədə könüllü dərs deyən pedaqoqlarımız da olub"
  • Clock-gray 10:30
  • calendar-gray 26 Dekabr 2020

"Başa çatmasına bir neçə gün qalan 2020-ci il ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə "Könüllülər ili" elan edilmişdi. Pandemiya şəraiti olmasına baxmayaraq, ölkəmizdə müxtəlif sahələrdə  könüllülük hərəkatı geniş vüsət aldı".

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində yazib.

O qeyd edib ki, bu sırada Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan müəllimlər kimi arxa cəbhədə övladlarımıza könüllü dərs deyən pedaqoqlarımız da olub: "Bu ilin martından  teledərslərin hazırlanması prosesinə könüllü qatılan, gənclərə örnək olan müəllimlərdən ikisi barədə danışmaq istərdim. Müəllimlərimiz Nüşabə Məmmədova və Qita Veyseyskaya təqaüddə olmalarına baxmayaraq, könüllü şəkildə teledərslər vasitəsilə şagirdlərimizə dərs deyiblər. Özü də bu işi sevə-sevə, ürəklə, yüksək keyfiyyətlə görüblər.

Çətin vaxtlarda hər iki müəllimimiz sözün əsl mənasında fədakarlıq nümayiş etdiriblər. Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunan hörmətli müəllimlərimizə dəyərli əməkləri, göstərdikləri səylər üçün bir daha  dərin təşəkkürümü bildirirəm".

Günay Elşadqızı

Digər xəbərlər