Tərtərdə karantin rejimini pozan oyun zalı aşkarlanıb - VİDEO

Tərtərdə karantin rejimini pozan oyun zalı aşkarlanıb - VİDEO
# 16 yanvar 2021 11:04 (UTC +04:00)

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən kompyuter oyunları zalı aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan APA-ya verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən kompyuter oyunları zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkar edilib.

Qayda pozuntusuna yol vermiş, obyektin icarədarı da daxil olmaqla, ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR