Türkiyədən daha 20 azərbaycanlı həkim könüllü olaraq hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib

Türkiyədən daha 20 azərbaycanlı həkim könüllü olaraq hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib
# 09 noyabr 2020 16:43 (UTC +04:00)

Türkiyədə çalışan daha 20 azərbaycanlı həkim könüllü olaraq cəbhədə torpaqlarımız uğrunda vuruşan hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib. Bu, Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və TƏBİB-in dəstəyi ilə reallaşıb.

TƏBİB-dən APA-ya verilən məlumata görə, bununla yanaşı, xaricdə təhsil alan azərbaycanlı həkimlərdən də növbəti dəstək gəlib. Belə ki, Türkiyə, Almaniya və ABŞ-da oxuyan həkimlərimiz və həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə ölkəmizə 1 tondan çox tibbi ləvazimat göndərilib.

Qeyd edək ki, 1 ay öncə də cəbhədəki hərbçilərimizə xidmət göstərmək üçün 45 həkim Azərbaycana gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR