UNEC beynəlxalq reyntinqdə liderdir

UNEC beynəlxalq reyntinqdə liderdir
# 13 fevral 2021 10:41 (UTC +04:00)

Avstraliyada yerləşən UniRank reytinq təşkilatı 2021-ci il üçün dünya universitetlərinin reytinqini açıqlayıb.

Azərbaycan Dövlət İqtisad Universitetdən APA-ya verilən məlumata görə, UniRank reytinq təşkilatının 200-dən artıq ölkədə rəsmi qeydiyatdan keçmiş 13800-dən çox ali təhsil müəssisəsinin analizi nəticəsində aparılan reytinq sıralmasında UNEC dünya universitetlərinin reytinqində 366-cı yerdə qərarlaşıb.

UniRank reytinq agentliyinin regional reytinq sıralaması olan “Asiyanın 200 ən yaxşı universiteti” sıralmasında Azərbaycandan düşən yeganə universitet olan UNEC regionun 36-cı ən yaxşı universiteti seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR