ÜST münaqişədən zərər çəkmiş bölgələrdəki tibb müəssisələrində qiymətləndirmə keçirib

ÜST münaqişədən zərər çəkmiş bölgələrdəki tibb müəssisələrində qiymətləndirmə keçirib
# 23 fevral 2021 16:52 (UTC +04:00)

ÜST Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin qiymətləndirilməsi missiyası həyata keçirib.

ÜST-ün Azərbaycan nümayəndəliyindən APA-ya bildirilib ki, COVID-19 pandemiyasına qarşı mübarizədə infeksiyaların profilaktikası və nəzarət tədbirlərinə riayət edilməsi vacibdir. Bu sahədəki ehtiyacların ödənilməsinin əhəmiyyətini nəzərə alaraq, ÜST-nin Azərbaycan Nümayəndəliyi Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə ölkəmizin münaqişədən zərər çəkmiş bölgələrində müvafiq standartların qiymətləndiriməsi üçün missiya həyata keçirib. Missiya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-ün Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsi çərçivəsində baş tutub.

Missiya zamanı Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonunda yerləşən tibb müəssisələrində xəstələrin skrininq və triaj, reanimasiya, doğum, sterilizasiya və cərrahiyə şöbələri, həmçinin tibbi tullantılarının idarə olunmasına dair tədbirlərin qiymətləndirilməsi həyata keçirilib.

Missiya çərçivəsində qeyd edilən rayonlardakı xəstəxanaların direktorları ilə infeksiyaların qarşısının alınması və nəzarət tədbirləri sahəsindəki ehtiyacların qarşılanmasında mümkün dəstək yolları müzakirə edilib və ÜST ekspertləri tərəfindən bu sahədəki standartların yüksəldilməsinə dair məsləhətlər verilib. Bununla yanaşı, 100-dək səhiyyə işçisinə, o cümlədən həkim, epidemioloq, tibb bacısı və digər tibb işçilərinə müzakirələr zamanı müəyyən edilmiş prioritet istiqamətlər üzrə təlim keçilib. Təlim bir neçə sessiya şəklində və mövcud karantin məhdudiyyətləri və infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin tələblərinə uyğun təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR