ÜST nümayəndəsi: “Azərbaycan vaksinasiya prosesinə uğurla başlayıb”

ÜST nümayəndəsi: “Azərbaycan vaksinasiya prosesinə uğurla başlayıb”
# 15 fevral 2021 19:08 (UTC +04:00)

“Azərbaycan vaksinasiya prosesinə uğurla başlayıb”.

APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” adlı beynəlxalq vebinarda Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, Azərbaycanda yanvarın 18-dən səhiyyə işçilərinin vaksinasiyasına başlanılıb və 80 mindən çoxu peyvənd olunub: “Mən də vaksinasiyadan keçmişəm, özümü yaxşı hiss edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR