Üç yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq

Üç yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq
# 27 noyabr 2020 16:11 (UTC +04:00)

2020-2021-ci illərdə 3 yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırıq verilib.

Qeyd olunub ki, 2021-2023-cü illərdə uşaqlarla bağlı rasional fizioloji normalar hazırlanacaq. Fəaliyyət Planına əsasən, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinə tapşırıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR