Umayra Tağıyeva: Küləyin maksimal sürəti bu gün axşam və gecə saatlarında müşahidə olunacaq

Umayra Tağıyeva: Küləyin maksimal sürəti bu gün axşam və gecə saatlarında müşahidə olunacaq
# 22 avqust 2020 17:56 (UTC +04:00)

"Ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi ilə əlaqədar hava şəraiti dəyişib, respublikanın bir sıra rayonlarında yağış müşahidə olunur. Böyük və Kiçik Qafqazın ayrı-ayrı ərazilərində yağış leysan xarakterli və intensiv olub. Nəticədə bəzi çaylarda daşqın və sel müşahidə edilib".

APA-nın xəbərinə görə, bunu Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Eyni zamanda bu proses küləkli hava şəraiti ilə səciyyələnir. Xüsusən də Abşeron yarımadasında küləyin maksimal sürəti 28 km/saniyəyə çatıb, nəticədə Xəzər dənizində dalğanın hündürlüyü 5 metrə qədər yüksəlib”.

U. Tağıyeva deyib ki, qeyri-sabit hava şəraitinin sabah gün ərzində davam edəcəyi gözlənilir: “Küləyin maksimal sürəti bu gün axşam və gecə saatlarında müşahidə olunacaq. Ayın 23-ü axşama doğru küləyin sürəti bir qədər azalacaq. Rayonlarda isə yağıntılı hava şəraitinin ayın 24-dək davam edəcəyi proqnozlaşdırılır. Havanın maksimal temperaturu sabah bu günə nisbətən daha aşağı enəcək. Paytaxtda maksimal temperatur 20-23 dərəcə intervalında dəyişəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR