Viktor Qasımov: “Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərdə fəsad qeydə alınmayıb”

Viktor Qasımov: “Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərdə fəsad qeydə alınmayıb”
  • Clock-gray 10:56
  • calendar-gray 25 Fevral 2021

“Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərdə fəsad qeydə alınmayıb”.

Bunu APA-ya açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, vaksin təhlükəsizdir: “Ümumiyyətlə, “Coronovac” vaksini təhlükəsizdir və heç bir ağırlaşma halı olmur”. 

Qeyd edək ki, fevralın 23-ə olan məlumata əsasən, ölkə üzrə 207 mindən artıq vətəndaş 1-ci doza,  35 mindən artıq vətəndaş isə 2-ci doza peyvəndi qəbul edib.

Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Ölkədə Çinin Sinovac şirkətinin istehsalı olan “Coronovac” peyvəndindən istifadə olunur. 

 

Əsmər Qabil

Digər xəbərlər