Vilayət Eyvazov polkovniki sərəncama göndərib

Vilayət Eyvazov polkovniki sərəncama göndərib
  • Clock-gray 12:56
  • calendar-gray 23 Yanvar 2021

Azərbaycan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi, polis polkovniki Samir Həsənov sərəncama göndərilib.

APA-nın yerli bürosunun məlumatına görə, S. Həsənov bir müddət idi Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsini icra edirdi. Daha öncə isə o, Bakı şəhər Nərimanov rayon Polis İdarəsində işləyib. Hazırda Nizami rayon Polis İdarəsinə təyinat yoxdur.

Fuad Nazimoğlu

Digər xəbərlər