“Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Prezident təqaüdü təyin edilməsi üçün tələb olunan sənədlər açıqlanıb

“Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Prezident təqaüdü təyin edilməsi üçün tələb olunan sənədlər açıqlanıb
  • Clock-gray 13:07
  • calendar-gray 17 Mart 2021

"Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”na dəyişiklik edilir.

APA-nın məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərara əsasən, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

- Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti.

Qərar 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

Firuzə Vahid

Digər xəbərlər