Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək

Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək
# 11 mart 2021 18:57 (UTC +04:00)

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

APA-nın məlumatına görə, qanuna əsasən, Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək.

Qanuna görə, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. İlk imtahandan müvəffəqiyyətlə keçən doktorantlar imtahanlarını verə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR