Vüqar Süleymanov: “Minatəmizləmə işləri beynəlxalq standartlara uyğun və keyfiyyətlə yerinə yetiriləcək”

Vüqar Süleymanov: “Minatəmizləmə işləri beynəlxalq standartlara uyğun və keyfiyyətlə yerinə yetiriləcək”
  • Clock-gray 14:31
  • calendar-gray 04 Fevral 2021

“Sürətlə inkişaf edən Azərbaycanımız bu gün zəfər çalmış ölkədir. Bu, sözsüz ki, Sizin həm Prezident, həm də Ali Baş Komandan kimi gərgin əməyinizin parlaq nəticəsidir. Bu gün ölkəmiz əsası Ulu Öndərimiz tərəfindən qoyulan inkişaf strategiyasını uğurla davam etdirərək yeni hədəflərə doğru irəliləyir”.

APA-nın məlumatına görə, bunu fevralın 4-də Vüqar Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən videoformatda qəbulu zamanı deyib.

V. Süleymanov bildirib ki, Qarabağa böyük qayıdış bu hədəflərdən biridir: “Bu hədəflərə nail olmaq üçün, Siz qeyd etdiyiniz kimi, mina təhlükələrindən qurtulmaq birinci dərəcəli vəzifələrə aiddir. Hörmətli cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, agentlik bütün imkanlarını səfərbər edəcək və qarşımıza qoyulmuş vəzifələrə, hədəflərə nail olacaq.

Azad edilmiş ərazilərdə minatəmizləmə işləri tapşırığınıza əsasən lazımi səviyyədə, beynəlxalq standartlara uyğun və keyfiyyətlə yerinə yetiriləcəkdir. Mən qürur duyuram ki, belə bir məsuliyyətli işin təşkilində iştirak edəcəyəm və bu etimadınıza görə Sizə minnətdarlığımı bildirirəm”.

apa-logo-mini

Digər xəbərlər