Vüsal Hüseynov: "Ötən il 145 nəfər xarici ölkələrdən readmissiya olunub"

Vüsal Hüseynov: "Ötən il 145 nəfər xarici ölkələrdən readmissiya olunub"
# 14 yanvar 2021 11:16 (UTC +04:00)

“Readmissiya ilə əlaqədar 2019-cu ildə 480 sorğu olub, 2020-ci ildə isə bu rəqəmdə 1,3 faiz azalma var”.

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirilən onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il bununla bağlı sorğuların sayı 474 olub: “2019-cu ildə readmissiya olunmuş şəxslərin sayı 457, ötən il 145 olub, ümumilikdə 68 faiz azalma var. Pandemiya ilə əlaqədar ötən il readmissiya ilə gələn şəxslər yalnız yanvar-fevral aylarını əhatə edib, onlar çarter reysi vasitəsilə ölkəyə gətiriliblər.

Xidmət rəisi deyib ki, indiyə qədər Dövlət Miqrasiya Xidmətinə readmissiya ilə bağlı 4647 sorğu olub: "1914 nəfərin sorğusu müsbət cavablandırılıb, ancaq hələ onların geri qaytarılması həyata keçirilməyib, nəzərdə tutulur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR