Xarici ölkələrdə münaqişə qurbanı olmuş azərbaycanlı uşaqlarla bağlı tədbirlər görüləcək

Xarici ölkələrdə münaqişə qurbanı olmuş azərbaycanlı uşaqlarla bağlı tədbirlər görüləcək
# 27 noyabr 2020 16:28 (UTC +04:00)

Mütəmadi olaraq, xarici ölkələrdə münaqişə qurbanı olmuş və Azərbaycan Respublikasına qayıtmış, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı readmissiya sazişləri çərçivəsində geri qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların ölkəyə qaytarıldıqdan sonra reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində tədbirlər görüləcək, o cümlədən onlara hüquqi, sosial, psixoloji, pedaqoji yardım göstəriləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, yerli icra hakimiyyəti orqanlarına bununla bağlı tapşırıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR