Xidmət rəisi: "Market sahibləri standartlara uyğun olmayan ölçüdə məhsulları almamalıdırlar"

Xidmət rəisi: "Market sahibləri standartlara uyğun olmayan ölçüdə məhsulları almamalıdırlar"
# 07 yanvar 2021 10:37 (UTC +04:00)

“İnsanların çoxuna marketlərdə onlara məhsulun hansı qalınlıqda polietilen torbalarda verilməsi maraqlı deyil”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, ölkədə fəaliyyət göstərən iri marketlərin satış və marketinq üzrə mütəxəssislərinin iştirakı ilə onlayn görüşdə ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. O bildirib ki, bu, dövlət qurumlarının və market sahiblərinin marağında olmalıdır: “Çünki bilirlər ki, bu, müvafiq sanksiyalar gətirəcək. Market sahibləri məhsulları alan zaman konkret sənəd tələb etməlidir. Standartlara uyğun olmayan ölçüdə məhsulları almamalıdırlar”.

O qeyd edib ki, ETSN tərəfindən bununla əlaqədar müraciətlər hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR