Yaqut Qarayeva: "TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı iş başındadır"

Yaqut Qarayeva: "TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı iş başındadır"
# 30 iyun 2020 18:38 (UTC +04:00)

“Karantin rejimi öz nəticəsini verir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, yoluxmaların sayı stabilləşib: “Yoluxmaların ikiqat artması gözlənilə bilərdi, bu, baş vermir. Karantin rejimi imkan verir ki, xəstəxanalarda xəstələrə xidmət göstərə bilək ”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı da iş başındadır: “Bu gün Türkiyədən dəvət etdiyimiz yeni həkim qrupu Bakıdadır. Onlar koronavirusla mübarizədə dəstək üçün dəvət olunublar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR