Yaqut Qarayeva: "TƏBİB insanların davranışına nəzarət edə, onları maska taxmağa məcbur edə bilməz"

Yaqut Qarayeva: "TƏBİB insanların davranışına nəzarət edə, onları maska taxmağa məcbur edə bilməz"
# 25 iyun 2020 17:43 (UTC +04:00)

“TƏBİB cəmiyyətdə insanın davranışına nəzarət edə, onu maska taxmağa məcbur edə bilməz”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, TƏBİB bu sahədə təbliğat apara bilər: “İnsanlar bəzən maska taxmayaraq guya kimisə aldadırlar. İnsanlar kimisə aldada bilər, amma virusu aldada bilməz. Türkiyədə, Gürcüstanda hətta küçədə maskasız gəzənlərə, hətta doğru taxmayanlara hansı səviyyədə cərimələr tətbiq olunur? Bunu hər kəs görə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR